12px13px15px17px
Tarix:02/05/12

Avropada yeni İT müəssisələrə dəstək üçün fond yaradılır

Avropada yeni başlamış informasiya texnologiyaları (İT) layihələrini maliyyələşdirəcək “Connect Ventures” vençur şirkəti təsis edilir. Vəsaitlər fəaliyyətə yenicə başlamış şirkətlərə ayrılacaq və sərmayə paketinin məbləği 250 min avrodan 1,25 milyon avroyadək dəyişəcək.

“İCTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən  bildirir ki, rəhbərliyin məlumatına görə, fond artıq sərmayəçilərdən 35 milyon avroya yaxın vəsait toplayıb, lakin hələlik bu məbləğin yarısını sərəncamına alacaq.

Onların fikrincə, Avropada çoxsaylı sahibkarlıq ideyaları və istedadlı şəxslər var, lakin hazırkı vençur şirkətlərinin əksəriyyəti layihələri risklərin aşağı olduğu sonrakı mərhələlərində maliyyələşdirir. Başlanğıc mərhələlərdə cəlb edilən kapital mahiyyətinə görə daha risklidir, amma “Connect Ventures” nümayəndələri qeyd edirlər ki, hazırda Avropada xərcini ödəyəcək yüksək potensiallı kifayət qədər yeni texnoloji ideyalar var.

Fond yaradıcıları əlavə edirlər ki, yeni fond bütün Avropada İT şirkətlər axtarır, lakin əsas diqqət İT baxımından daha çox inkişaf etmiş Londona yönəldiləcək.
 
EMİL



Baxış sayı: 1302

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024