12px13px15px17px
Tarix:03/05/12

TV və radio proqramlarının yayım keyfiyyəti yaxşılaşdırılıb

Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2012-ci ilin I rübü ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Teleradio" İB tərəfindən 17 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilib. Bunun 15 ədədi analoq radio-TV verici, 2 ədədi DVB-T TV rəqəmli vericilərdir.

Televiziya və radio proqramlarının yayım əhatəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlərin nəticəsində 2012-ci ildə AzTV proqramının əhali üzrə əhatə faizi 2005-ci illə müqayisədə 99,5 faizdən 99,9 faizə, 2005-ci ildə yaradılmış "İctimai" TV üzrə 65 faizdən 89,0 faizə, "Lider" TV üzrə 75 faizdən 88,8 faizə, ATV üzrə 50 faizdən 82,2 faizə, ANS TV üzrə 65 faizdən 80 faizə, "Xəzər" TV üzrə isə 60 faizdən 78 faizə, 2010-cu ildən yayımına başlanılmış ATV-İNT üzrə 23 faizə, 2011-ci ilin yanvar ayında açılmış "Mədəniyyət" TV üzrə isə 70 faizə çatdırılıb. 




Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024