12px13px15px17px
Tarix:08/07/11

“Facebook” istifadəçilərinin sayı durmadan artır

“Facebook” şirkətinin sahibi Mark Sukerberq rəsmən bildirib ki, sosial şəbəkə istifadəçilərinin sayı 750 milyona çatıb.
"Bizim yubiley istifadəçisinin qeydiyyatı haqqında bildirməməyimizin səbəbi ondan ibarətdir ki, indi “Facebook”da hesabların sayı bizim üçün artıq elə də əhəmiyyətli deyil" – deyə Sukerberq bildirib. Dünyada ən böyük sosial şəbəkə inkişafının indiki dövründə funksionalının genişləndirilməsi ilə məşğul olur, onu daha universal etməyə çalışır. Buna “API Skype” inteqrasiyası nəticəsində videokonfrans funksiyasının yaranması açıq-aydın sübutdur.
Bununla belə, “Facebook” istifadəçilərinin sayı Mark Sukerberqi hələ 1 il əvvəl maraqlandırırdı və o, 500 milyonluq səhifənin olması haqqında məlumat vermişdi. Bu hadisə KİV-də geniş işıqlandırılmışdı. İndi biz istifadəçilərin sayına deyil, “Facebook” şəbəkəsinə və onunla iş üçün proqramlara istiqamətlənmişik. İnternet daha əvvəlki kimi qiymətləndirilmir, çünki hamı ondan istifadə edir. Deyilənlərə əsaslanaraq qeyd etmək olar ki, Mark doğru yol tutub. Belə ki, bir müddət əvvəl məlum olub ki, onun şəxsi maliyyə vəziyyəti 18 milyard dollar qiymətləndirilir. Faktiki olaraq, o, “Google” şirkətinin yaradıcılarından varlıdır.



Baxış sayı: 1119

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024