12px13px15px17px
Tarix:04/05/12

“Samsung” şirkəti “Galaxy S3” smartfonunu təqdim edib

“Samsung” şirkəti mayın 3-də Londonda “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi ilə işləyən yeni “Galaxy S3” smartfonunu təqdim edib.
  
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Galaxy S3” smartfonu 4,8 düymlü diaqonala malik “HD Super AMOLED” ekranı ilə təchiz edilib. Nəticədə multimedia məzmununa, həmçinin filmlərə baxmaq daha əlverişlidir.

Smartfon 2 kamera (8 meqapikselli əsas kamera və 1.9 meqapikselli əlavə) ilə təchiz edilib. Bundan əlavə, smartfon 32 nanometr texnoloji proses üzrə hazırlanmış “Exynos 2 Quad” adlı yeni mobil dördnüvəli prosessor əsasında işləyir.

“Galaxy S3” smartfonu ilk dəfə olaraq “S Voice” texnologiyası ilə təchiz edilib. “S Voice” texnologiyası - səsli istifadəçi interfeysidir. İnterfeys smartfona səsi müəyyən etməyə və sahibinin sözlərinə reaksiya verməyə imkan verir. Səs vasitəsilə, həmçinin sevimli mahnını qoşmaq, smartfonun gurluq səviyyəsini tənzimləmək, mətn mesajları və elektron məktublar göndərmək, görüş qrafikini tərtib etmək, kameranı avtomatik yandırmaq və foto çəkmək olar.

Qurğu, həmçinin müxtəlif mobil ödəmələr həyata keçirməyə imkan verən “NFC” (Near Field Communication) texnologiyasını da dəstəkləyir.“Galaxy S3” smartfonu Avropa bazarında satışa mayın sonunda çıxarılacaq.
 
 
EMİL




Baxış sayı: 461

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020