12px13px15px17px
Tarix:04/05/12

Hakerlər bankı şantaj edir

Naməlum hakerlər Belçikanın "Elantis" bankının qarşısında şərt  qoyublar: bank ya hakerlərə 150 min avro ödəməli, ya da ki onlar bankın müştərilərinin şəxsi informasiyasını internetdə dərc edəcəklər.

Müraciətdə qeyd edilib ki, bu məbləğ kredit təşkilatında çalışan işçilərin ağılsızlığı üçün ödəniləcək: hakerlər bildiriblər ki, məlumatlar serverlərdə şifrələnməmiş formada saxlanılıb və onları ələ keçirmək çox asan olub.

"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən  bildirir ki, bank rəhbərliyi artıq "sındırılma" faktını təsdiq edib və qeyd edib ki, təxminən 3700 müştərinin şəxsi məlumatları kibercinayətkarların əlinə keçib. "Elantis" bankının rəsmi saytı müvəqqəti olaraq bağlanmışdı və hadisənin araşdırılması üçün yerli polis cəlb edilmişdi.

Bank nümayəndələri bildiriblər ki, onlar hakerlərin tələblərini yerinə yetirməyəcəklər. Hazırda kibercinayətkarların şəxsiyyətlərini təyin etməklə bağlı işlər aparılır.
 
EMİL




Baxış sayı: 895

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024