12px13px15px17px
Tarix:05/05/12

“Nar Mobile” abunəçilərinə 4 qəpiyə taksi sifarişi

 "Nar Mobile" abunəçiləri 7-16 may arasında üzərində "Nar Mobile" loqosu olan taksiləri çağırmaq üçün danışığa cəmi 4 qəpik ödəməklə bir istiqamətdə taksi xidmətindən istifadə edə biləcəklər.

"Azerfon" şirkətindən bildirilib ki, bu xidmətdən paytaxt sakinləri, həmçinin "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana gələn turistlər də yararlana biləcəklər.

"Azerfon" şirkətinin Biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib ki, bu cür ucuz qiymətə taksi xidməti Azərbaycanda ilk dəfə təqdim olunur.

"Ümid edirəm ki, bu yeniliyimiz hamının ürəyincə olacaq".

Qeyd edək ki, mayın 5-də saat 17:00-da "Azərbaycan" kinoteatrının qarşısında təqdimat mərasimi baş tutacaq. Mərasimdə "Nar Mobile" yarışmalar keçirəcək və hədiyyələr paylayacaq. Bundan əlavə, DJ-lər və məşhur şoumenlərin iştirakı ilə keçirilən tədbirdə sürprizlər təşkil olunacaq.

GÜLNAR



Baxış sayı: 1242

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024