12px13px15px17px
Tarix:05/05/12

62 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, bu günədək ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 62 min 779 nəfər elektron ərizəsini təsdiqləyib. Onlardan 53 min 687-si Azərbaycan, 9 min 92-si rus bölməsinin payına düşür.

İxtisas qruplarından ən çox ərizə I və III qruplar üzrədir - müvafiq olaraq 19 min 711 və 19 min 797, II qrupa 14 min 786, IV qrupa 8 min 485 nəfər ərizə verib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.


GÜLNAR



Baxış sayı: 914

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024