12px13px15px17px
Tarix:05/05/12

İnformasiya Texnologiyaları İnstitutunda internet-bufet yaradılacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) internet-bufet yaradılacaq. Hazırda bu layihə üzərində iş gedir. Avqust ayının ortalarında layihənin tamamilə yekunlaşması nəzərdə tutulur. Sentyabr ayından isə artıq onun tam fəaliyyəti planlaşdırılır. “İCTnews” elektron xəbər xidmətinə bu barədə institutun direktoru Rasim Əliquliyev məlumat verib.

Onun sözlərinə görə, internet-bufetdə bütün lazımi şərait yaradılacaq: “İnstitut ən yeni kompyuterlərlə təchizat işini davamlı olaraq həyata keçirir. İnternet-bufetin qurulmasında da məqsəd istifadəçilərə maksimum rahat şəraitin yaradılmasıdır.

Əməkdaşlar elektron imza, elektron kommersiya və s. ilə bağlı müəyyən paket formalaşdırdıqdan sonra burada işə başlaya biləcəklər. Eyni zamanda, internet-bufetdə qidalanmaq üçün müvafiq sifarişləri də həyata keçirə biləcəklər”.
 
HƏQİQƏT





Baxış sayı: 1352

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024