12px13px15px17px
Tarix:07/05/12

“Android” platforması smartfon bazarının 50 faizinə nəzarət edəcək

"Ovum" tədqiqat firması smartfon bazarı üzrə 2017-ci ilədək olan proqnozunu elan edib. Hesablamalara görə, 2011-ci ildə smartfon satışlarının həcmi 491,4 milyon təşkil edib.

Müqayisə üçün bildirim ki,  2010-cu ildə smartfon satışlarının həcmi 304,7 milyona bərabər olmuşdu. Beləliklə, artım 61.3 faiz təşkil edib. "Ovum" tədqiqat firması hesab edir ki, smartfon satışlarının orta illik artım sürəti 5 il ərzində 24,9 faiz təşkil edəcək. B

eləliklə, 2017-ci ilədək smartfon bazarının həcmi 1,7 milyarda çatacaq. Məlumat üçün qeyd edim ki, 2010-cu ildə "Android" platforması ilə işləyən smartfonların payı 17 faiz təşkil edib. Müqayisə üçün: keçən il bu göstərici 44 faizə bərabər olmuşdu. "Ovum" şirkətinin analitiklərinin proqnozlarına görə, 2017-ci ilədək bu göstərici 48 faizə qədər artacaq.

EMİL



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024