12px13px15px17px
Tarix:07/05/12

ƏƏSMN 22 “E-imza” alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qurumun 22 rəhbər və şöbə müdirlərinə "Elektron imza" almaq üçün sənədləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə təqdim edib.

Bu barədə "İCTnews" Elektron xəbər xidmətinə ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Asəf Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm ilkin rəqəmdir və gələcəkdə onun sayı artırılacaq: «Yəqin ki, bu həftə müraciətə baxılıb təsdiq ediləcək. Gələn həftə isə e-imzalar veriləcək. Qarşıdakı aylarda isə nazirliyin digər işçiləri üçün də elektron imza alınmasına görə müraciət ediləcək».


SEYMUR



Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020