12px13px15px17px
Tarix:08/05/12

“Facebook” “Messenger” əlavəsini yeniləyib

"Facebook" şirkətinin əməkdaşları keçən həftənin sonunda "iOS" və "Android" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün "Messenger"  əlavəsinin yeni versiyasını təqdim edib. Yeni versiyada bir sıra dəyişikliklər edilib. Qeyd edim ki, əlavənin əvvəlki relizlərində aşkar edilmiş boşluqlar və səhvlər aradan qaldırılıb.

Bundan əlavə, yeni unikal funksiya sayəsində dostlarınız sizin olduğunuz yer haqqında məlumatlandırılacaqlar. Mobil qurğudan növbəti mesaj göndərdikdə, həmçinin sizin olduğunuz yer haqqında informasiya da göndəriləcək. Bu, kifayət qədər faydalı və praktik funksiyadır. "Messenger" əlavəsi pulsuz yayılır və artıq "Google Play Store" və "App Store" mağazalarında əlçatandır.



 


 
EMİL




Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024