12px13px15px17px
Tarix:08/05/12

“Mac OS X Lion” əməliyyat sistemində boşluq aşkar edilib

"Mac OS X Lion" əməliyyat sistemində aşkar edilmiş boşluq sayəsində kibercinayətkarlar istifadəçinin şifrələrini asanlıqla ələ keçirə bilərlər. "Mac OS X Lion" əməliyyat sistemində istifadəçi tərəfindən daxil edilən şifrələrin avtomatik olaraq xüsusi faylda şifrələnməmiş formada saxlanıldığı məlum olub.

Bu halda şifrələrdən ibarət fayla administrator hüququna malik istənilən istifadəçi giriş əldə edə bilər. Bundan əlavə, bu boşluqdan  kibercinayətkarlar da istifadə edə bilər. "Apple" şirkətinin əməkdaşları bu vəziyyətlə bağlı hələ ki rəsmi açıqlama verməyiblər. Problemin tezliklə aradan qaldırılacağı gözlənir.







EMİL




Baxış sayı: 820

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024