12px13px15px17px
Tarix:08/05/12

Aşağıorbitli peykin satınalınması üzrə iddiaçılarla görüş keçirilib

“Azərkosmos” ASC-də “Aşağıorbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması” üzrə keçirilən satınalma prosesi çərçivəsində iddiaçılarla tender öncəsi  görüş keçirilib. Əsas şərtlər toplusunu almış iddiaçı şirkətlərin iştirakı ilə keçirilən görüşdə 6 şirkətin nümayəndələri iştirak edib.

Görüşdə çıxış edən tender komissiyasının üzvləri aşağıorbitli peyk layihəsi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Daha sonra layihəyə dair ümumi texniki məsələlər müzakirə edilmiş, o cümlədən əsas şərtlər toplusu barədə əlavə izahatlar verilib. Görüşün sonunda iddiaçı şirkətləri maraqlandıran suallar cavablandırılıb.  








RƏVAN




Baxış sayı: 1622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024