12px13px15px17px
Tarix:10/05/12

“Ebay” Hindistanda ikinci inkişaf mərkəzini açır

“Ebay” internet-hərracı Hindistanda ikinci inkişaf mərkəzini açır. “Ebay”-ın  nümayəndələri bildiriblər ki, şirkət 3 il ərzində yeni mərkəzinə 1000 işçi qəbul edəcək. “Ebay” şirkəti bundan əvvəl  Hindistanın cənubunda, Çennai şəhərində inkişaf mərkəzi açaraq işə 2200 əməkdaş qəbul etmişdi. “Ebay”-ın, həmçinin Mumbayda da biznes bölməsi var.

“Ebay” şirkətinin nümayəndələri bildiriblər ki, yeni açılacaq mərkəzin heyəti “Ebay Marketplace”, həmçinin “PayPal” ödəniş sistemi istiqamətində tədqiqat və hazırlamalarla məşğul olacaq. Bundan əlavə, orada marketoloq, analitika və satışlar üzrə mütəxəssislər işləyəcəklər.

"Ebay” şirkətinin fəaliyyətinin Banqalor və Çennai şəhərlərində genişləndirilməsi – bu, bizim qlobal strategiyamızın bir hissəsidir. Biz ştatımızı bütün dünyada  genişləndirəcəyik" – “Ebay”-ın mətbuat xidmətindən məlumat veriblər.



EMİL




Baxış sayı: 1276

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024