12px13px15px17px
Tarix:10/05/12

Su keçirməyən smartfon istehsal edilib

“Kyocera” şirkəti ABŞ-da “CTIA 2012” sərgisi ərəfəsində bir neçə  maraqlı telefon nümayiş etdirib. Təqdim edilmiş aparatlardan biri  “Hydro” adlanır və o, tamamilə su keçirməyəndir və “Android 4.0” əməliyyat sistemi ilə işləyir.
 
“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” resursuna istinadən bildirir ki, “Hydro” aparatı yarım saat ərzində 1 metrə  qədər dərinlikdə su keçirmədən qala bilir. Smartfon 480×320 piksel təsvir ölçülü 3,5 düymlü “IPS” ekranla, 3,2 meqapikselli  kamera, 512 MB əməli və 2 QB daxili yaddaş, “microSD” slotu ilə təchiz edilib.
“Hydro” aparatı 1500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.




EMİL




Baxış sayı: 1387

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024