12px13px15px17px
Tarix:10/05/12

Sosial şəbəkələr nəzarətə götürülür

Federal Təhqiqatlar Bürosunun (FTB) hazırladığı qanun layihəsi  “VoIP” və “E-mail” xidmətləri göstərən böyük sosial şəbəkə və şirkətlərdən öz məhsul və xidmətlərində dinləmə imkanını dəstəkləməyi tələb edəcək. Federallar insanların internetdəki  ünsiyyət prosesinə tamamilə nəzarət etmək istəyirlər.

“İCTnews.az” elektron xəbər xidməti “ru.tsn.ua” saytına istinadən bildirir ki, FTB rəhbərliyi sosial şəbəkə, internet-messencer və “IP” telefoniya xidmətlərinin geniş yayılması ilə əlaqədar kibercinayətkarların təqibdən daha asanlıqla yaxa qurtara bilməsindən narazılıq ediblər.

Yeni qanun 1994-cü ilin analoji aktını tamamlayacaq. Məlumat üçün qeyd edim ki, həmin akt telekommunikasiya şirkətlərindən FTB-nin tələbinə görə dinləmə imkanını dəstəkləməyi tələb edir.

FTB konqresdə yeni qanun üçün lobbiçilik ilə yanaşı, ən böyük internet-şirkətlərlə razılaşmağa çalışır.
Belə ki, FTB-nin direktoru Robert Müller bu ay ərzində aparıcı internet-şirkətlərin direktor və hüquqşünasları ilə bir sıra görüşlər keçirilməsini planlaşdırıb.
Qeyd edim ki, “Google”, “Yahoo” və “Facebook” yeni qanunla bağlı hələ ki heç bir şərh verməyiblər.
 
EMİL




Baxış sayı: 2811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024