12px13px15px17px
Tarix:10/05/12

Azərbaycan elmi ilə bağlı bütün məlumatlar AMEA-nın Data Mərkəzində yerləşdiriləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ)  informasiya cəmiyyətinin, eləcə də "Elektron hökumət"in bir seqmenti olan elektron elmin formalaşması istiqamətində işlər aparır. İnstitutda Azərbaycan Milli Elmlər Akademiyasının Data Mərkəzi və Milli Super Kompyuter Mərkəzi var ki, biz elmlə bağlı bütün məlumatları burada yerləşdirməyi planlaşdırırıq. "İCTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev məlumat verib.

Onun sözlərinə görə, İTİ beynəlxalq münasibətlərini davamlı olaraq genişləndirir: "Hələlik Azərbaycanda olan elmi jurnalların bu mənbədə yerləşdirilməsi ilə biz rəqabətədözümlü biliklə dünya bazarına təqdim olunuruq ki, bizim də elmi məqalələrə istinadların olunması və s. kimi işləri həmin mərkəzdə həyata keçirmək istəyirik. Dünyanın 33 ölkəsi ilə bizim əlaqələrimiz var.

Artıq Azərbaycan dünya İKT bazarına "hardware" və "software" ilə yanaşı, "brainware" məhsullarını da çıxarır. Respublikamız artıq kompyuter elmləri sahəsində  Cənubi Qafqaz ölkələri arasında birinci yerə çıxıb ki, burada da AMEA-nın, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xidmətləri var".

HƏQİQƏT




Baxış sayı: 1281

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024