12px13px15px17px
Tarix:11/05/12

“Google” şirkəti yeni antiterror sosial şəbəkə istifadəyə verib

“Google” şirkəti  Britaniyanın Strateji Dialoq İnstitutunun mütəxəssisləri ilə birlikdə “Gen Next Foundation” Amerika xeyriyyə fondunun və “Rehabstudio” şirkətinin iştirakı ilə internetdə “Against Violent Extremism” (qısaca AVE) adlı yeni dar ixtisaslaşdırılmış sosial şəbəkəni təqdim edib.

“İCTnews” elektron xəbər xidmətinin pitbit.ru saytına istinadən verdiyi məlumata görə, layihə çərçivəsində ekstremizmlə mübarizə təbliğ olunur. Saytda müxtəlif terror təşkilatları haqqında böyük miqdarda informasiya xarakterli materiallar, kitablar və videoçarxlar təqdim edilib.

AVE-nin istifadəçiləri digər sosial şəbəkələrdə olduğu kimi, öz aralarında ünsiyyət saxlaya bilərlər.  Layihə müəlliflərinin bildirdiyinə görə, bu sosial şəbəkənin yaradılmasının əsas məqsədi ilk növbədə gəncləri terror təşkilatlarına daxil olmaq fikrindən daşındırmaqdan ibarətdir.





CAHANGİR




Baxış sayı: 909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024