12px13px15px17px
Tarix:11/05/12

Məşhur sosial şəbəkə istifadəçiləri şəxsi telekanal aça biləcəklər

“Google+” sosial şəbəkəsinin administrasiyası elan edib ki, yaxın gələcəkdə keçən ilin sentyabrında ilk dəfə təqdim edilən “Hangouts On Air” funksiyasına giriş bütün istifadəçilər üçün açıq olacaq.  Əvvəl bu xidmətdən yalnız məşhur insanların bir qismi  istifadə edə bilirdilər.

 “İCTnews” elektron xəbər xidməti “pitbit.ru” elektron resursuna istinadən məlumat verir ki, “Hangouts On Air” funksiyası  istifadəçilərə sosial şəbəkədə şəxsi telekanal yaratmaq və real vaxt rejimi ilə istənilən mobil qurğuya çəkilən videonu yayımlamaq imkanını təqdim edir. 10 nəfərə qədər istifadəçi eyni zamanda yayımı təşkil edə bilər, lakin izləyicilərin sayında məhdudiyyət yoxdur.

Yeni funksiyadan “Google+”-də və “YouTube”-da öz hesablarını bağlayacaq sosial şəbəkə iştirakçıları istifadə edə biləcəklər. Məlumatda o da qeyd edilir ki, videoyazı yayımın sonuna yaxın videohostinqdə saxlanılacaq və dərc ediləcək.




CAHANGİR



Baxış sayı: 848

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024