12px13px15px17px
Tarix:11/05/12

Azərbaycanda Apple iPad-ın satışına başlanılıb

Bu gün Azərbaycanda Apple iPad3 planşetlərinin rəsmi satışına başlanılır. Bu barədə Alma Store (Azərbaycanda Apple firma mağazalarının rəsmi şəbəkəsi) mağazalar şəbəkəsinin icraçı direktoru Ramin Musayev məlumat verib.

Bakıda planşetin dəyəri LTE və Wi-Fi modulları ilə müvafiq olaraq 16, 32 və 64 Gb yaddaşın quraşdırılması üçün 689, 799 və 899 manat təşkil edir.
Planşetdə təkcə Wi-Fi modulunun quraşdırılması müvafiq olaraq 16, 32 və 64 Gb yaddaşla 549, 659, 769 manat təşkil edəcək.

Musayevin sözlərinə görə, Bakıda yeni iPad-ın satışına saat 19:00-da başlanacaq. Azərbaycanda satışa Rusiya və Ukrayna ilə birlikdə başlanır.

Əvvəlki modellə müqayisədə qurğunun ekranı daha genişdir. Bundan əlavə yeni iPad Apple-ın məhsul xəttində LTE mobil şəbəkə standartında məlumatların ötürülməsini dəstəkləyən ilk qurğu olacaq.
Bununla birlikdə şirkətin kataloqunda olması məhdudlaşan Apple planşetlərinin əvvəlki nəsli ucuzlaşıb.
 




Baxış sayı: 942

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024