12px13px15px17px
Tarix:12/05/12

Azərbaycan incəsənətinin təbliği sahəsində yeni imkanlar açan ilk internet televiziya yaradılıb

Yaxt Klubda http://www.muz-tv.az/ onlayn saytının təqdimatı olub.Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış incəsənət xadimləri və media mənsubları iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, bu günlər ölkəmizin həyatında olduqca yaddaqalan hadisələr baş verməkdədir. Belə bir dövrdə mədəniyyətimizə, incəsənətimizə xidmət edəcək belə bir internet kanalının yaradılması təqdirəlayiq hadisədir. Bu, təkcə ölkəmizin mədəni həyatı baxımından deyil, həm də Azərbaycana gələcək hər bir incəsənət adamının təbliği, tanıdılması baxımından da vacibdir.

Günbəgün yeniləşən Azərbaycanın mədəni inkişafının bütün dünyada təbliği baxımından belə bir kanalın fəaliyyətini yüksək qiymətləndirən nazir müavini demişdir ki, bu internet kanalı mədəniyyətimizin gündə 24 saat fasiləsiz yayımını həyata keçirəcəkdir.

Təmsil etdiyi nazirliyin kanalın hərtərəfli inkişafına dəstək verməyə hazır olduğunu söyləyən Ə.Vəliyev MuzTV-nin bütün yaradıcı heyətinə uğurlar arzulayıb və onları təbrik edib.
Tədbirdə Milli Məclisin deputatları Sahib Alıyev, Jalə Əliyeva, Xalq Artisti Faiq Sücəddinov, teleaparıcı Murad Dadaşov və başqaları çıxış edərək yeni kanalın yaranmasının böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Vurğulanıb ki, MuzTV Azərbaycan incəsənətinin təbliğinə yeni imkanlar açan ilk internet televiziyasıdır. Eksklüziv kliplər, xalq mahnılarımızın qorunması və təbliği, müzikllar, ayrı-ayrı musiqi proqramlarının canlı internet yayımları yeni televiziyanın hədəfindədir. MuzTV “Musiqiyə sevgi ilə” devizi altında hər kəsin zövqünə uyğun yayım etmək niyyətindədir. Bu kanal tamaşaçının zövqünü oxşamaqla yanaşı, həm də yeni-yeni layihələri, proqramları və verilişləri ilə geniş auditoriyanın diqqət mərkəzində olmağa çalışacaqdır.

Bu gün dünyada geniş yayılmış internet televiziyaları sırasında özünəməxsus yeri olacaq MuzTV bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətinin təbliğinə layiqli töhfələr verəcəkdir.Diqqətə çatdırılıb ki, MuzTV-nin internet yayımı ilə bərabər 6 kabel televiziyasına çıxış imkanları da mövcuddur.

Natiqlər yeni yaranmış internet televiziyasının işinə uğurlar arzulamışlar.Tədbir gənc ifaçıların çıxışı ilə davam etdirilib.
 




Baxış sayı: 1408

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024