12px13px15px17px
Tarix:12/05/12

SMPDK tərəfindən göstərilən “e-attestat” elektron xidməti üzrə inzibati reqlament ictimai müzakirədədir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən göstərilən "e-attestat" elektron xidməti üzrə inzibati reqlament ictimai müzakirəyə təqdim edilib.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Komitədən qeyd edilib ki, bu xidmətə komitə tərəfindən sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası daxildir.

Bundan başqa, "e-attestat" standartlaşdırma və sertifikatlaşdırma sahəsində sazişdə iştirakçı dövlətlər, eləcə də digər dövlətlərin milli orqanları, digər beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətlərinin razılaşdırılması attestatının verilməsi, həmçinin attestatın qüvvədə olma müddətinin artırılması ilə bağlı münasibəti əhatə edir.

Laboratoriyanın, uyğunluğun qiymətləndirilməsi (fəaliyyətin razılaşdırılması) orqanının akkreditasiya attestatının verilməsi, həmçinin attestatın qüvvədə olma müddətinin artırılması komitə tərəfindən həyata keçirilir: "Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılıb. Xidmətin icra müddətinə gəlincə, sifariş təqdim edildiyi gündən 30 gün müddətindən gec olmayaraq baxılır".

Komitədən qeyd edilib ki, informativ olan xidmət ödənişlidir. Belə ki, "Dövlət rüsumu haqqında" qanuna uyğun olaraq, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası barədə attestatın verilməsi üçün dövlət rüsumunun məbləği 20 manat, eləcə də sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi üçün dövlət rüsumunun məbləği 20 manat müəyyən edilib. Attestatın verilməsindən, həmçinin qüvvədə olma müddətinin uzadılmasından imtina edilmədikdə dövlət rüsumunun ödənilməsi və bu barədə ödəniş aparılaraq qəbz komitəyə təqdim edildikdən sonra müvafiq şöbə tətəfindən attestat blankı hazırlanır və imzalanıb möhürlənir: "Attestat blankının nömrəsi laboratoriyanın, uyğunluğun qiymətləndirilməsi orqanının dövlət reyestrinin qeydiyyat kitabı"na qeyd edildikdən sonra, sifarişçiyə bu barədə məlumat verilir. Attestat blankı SMPDK-da şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdən və attestatın surətinə imza qeyd olunduqdan sonra attestat sahibinə təqdim edilir. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr yaranarsa, attestat verən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər".

HƏQİQƏT



Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.