12px13px15px17px
Tarix:14/05/12

Mobil telefonların idxalı azalıb

I rübün yekunları üzrə Azərbaycana ümumi dəyəri 1517,7 min dollar olan 30 020 ədəd mobil telefon idxal edilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Komitənin məlumatına görə, 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal edilən mobil telefonların sayı 2,75 faiz azalıb (ötən il 30 848 ədəd gətirilib). Ümumi dəyər baxımından bu göstərici 25,2 faiz azalıb.

Hər ay ölkəyə orta hesabla 11-12 min mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi dəyərlə ifadədə 500-700 min dollar təşkil edir.




Baxış sayı: 1330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024