12px13px15px17px
Tarix:14/05/12

Fazil Məmmədov vergi ödəyicilərini qarşılaşdıqları problemlərlə bağlı elektron qaydada müraciət etməyə səslədi

Vergilər naziri Fazil Məmmədov rəhbərlik etdiyi nazirliyin rəsmi internet səhifəsi vasitəsilə vergi ödəyicilərinə müraciət edib.

"İCTnews" elektron xəbər xidməti «taxes.gov.az»a istinadən vurğulayır ki, nazir F.Məmmədov müraciətində əhalinin vergi məsələlərində üzləşdikləri problemlərlə bağlı elektron qaydada müraciət  yollarını da göstərib: «Fəaliyyət zamanı vergi məsələləri ilə bağlı qarşılaşdığınız problemlərin həllində, ortaya çıxan suallarınızı cavablandırmaqda, əsaslandırılmış şikayətlərinizə yerli vergi orqanlarında sizi qane edə biləcək məlumat və ya yardım ala bilmədiyiniz təqdirdə Vergilər Nazirliyinin 195 nömrəli Vahid Telefon Xidmətinə müraciətlə yanaşı, internet səhifəmiz vasitəsilə nazirliyin rəhbərliyi ilə birbaşa əlaqə yarada bilərsiniz.

Ümid edirik ki, göstərilən xidmətimiz sayəsində Sizi maraqlandıran suallar, narahat edən problemlər qısa müddət ərzində öz həllini tapacaq».

Qeyd edək ki, elektron şikayət etmək üçün vergi ödəyicisi nazirliyin saytına daxil olmalı, adını, soyadını, qeydiyyatda olduğu vergi orqanını, ünvanını, telefon nömrəsini (ev, iş, mobil), e-mail ünvanını, VÖEN-ni (əgər varsa), şikayət və təkliflərini öncədən müraciət etdiyi vergi orqanı və onu təmsil edən əməkdaş(-lar)ı və öz müraciətini yazaraq göndərməlidir.



SEYMUR




Baxış sayı: 2653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024