12px13px15px17px
Tarix:14/05/12

İran banklarına xarici elektron poçtdan istifadə etmək qadağan edilib

İranın Telekommunikasiya Nazirliyi yerli banklara, sığorta və telefon şirkətlərinə müştərilərlə əlaqə saxlamaq üçün xarici elektron poçt xidmətlərindən istifadə etməyi qadağan edib. Bu barədə "Agence France-Presse" məlumat verib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən  bildirir ki, bütün təşkilatlara ölkə ərazisində mövcud olan üç yerli poçt xidmətindən birində elektron poçt yaratmaq, həmçinin şirkətlərə öz rəsmi saytlarını milli domen zonasına köçürmək  tövsiyə olunub.

Məlumat üçün qeyd edim ki, 2012-ci ilin aprelində İranın qlobal şəbəkədən ayrılmaq və əvəzində şəxsi şəbəkə yaratmaq planları haqqında məlumat verilmişdi. Bundan sonra ölkə hakimiyyəti bu məlumatın yanlış olduğunu bildirmişdi. Lakin daxili şəbəkənin yaradılması üzərində iş davam etdirilir.
İranda yaşayan 75 milyon insandan 36 milyonun internetə çıxış imkanı var.

 
EMİL




Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024