12px13px15px17px
Tarix:14/05/12

Mart-may aylarında informasiya və rabitə sahəsində müzdla çalışan işçilərin əməkhaqları yüksək olub

2012-ci il mart ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1367,4 min nəfər olub və onların 846,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 521,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

DSK bildirir ki, muzdla işləyənlərin 24,5 faizi təhsildə, 19,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,3 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2012-ci ilin mart ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 394,2 manat təşkil etmiş, yanvar-mart aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 378,9 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əməkhaqqı daha yüksək olub.

SEYMUR




Baxış sayı: 1197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024