12px13px15px17px
Tarix:15/05/12

TQDK-nın internet layihələrindən olan “unicode.az” artıq istifadəyə hazırdır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet layihələrindən olan “unicode.az” artıq istifadəyə hazırdır. Belə ki, Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının İKTMS birgə layihəsi çərçivəsində Azərbaycan dilində yığılmış mətnlərdə sözlərin yazılışının orfoqrafik düzgünlüyünün yoxlanması sistemi “AzeriSpellChecker” üzərində işlər başa çatıb.

Sistem Azərbaycan əlifbasının “Unicode” standartları tətbiq olunan “Microsoft Office” paketinin bütün versiyalarında (Microsoft Word 2000/XP/2003) istifadə edilə bilər və “Microsoft” şirkətinin standartlarına tam uyğun hazırlanıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Komissiyadan bildirilib ki, sistemin setup faylını bu ünvandan- “www.unicode.az/downloads/mssp3az.zip” yükləmək olar.

Saytda köhnə kodlaşmalarda yığılmış mətnləri “Unicode” kodlaşmasına çevirmək üçün “WordConverter”in yüklənməsi üçün link də yerləşdirilib: ”İstifadəçilər sistemlə bağlı bütün arzu və təkliflərini “tbs@tqdk.gov.az” ünvanına göndərə bilərlər.

Qeyd edək ki, “Unicode.az” səhifəsi latın qrafikalı Azərbaycan əlifbasının “Unicode” standartının tətbiqi ilə bağlı yaranan problemlərin həllindən bəhs edir. 1991-ci ildə yaranmış “Unicode” artıq dünya xalqlarının çoxunun əlifbalarını dəstəkləyir”.

Belə ki, 1999-cu ildə Azərbaycan əlifbasının “Unicode”-da çatışmayan simvolları ("Ə" - unicode kodu 018F, onluq say sistemində-399 və "ə" - unicode kodu 0259, onluq say sistemində 601) artıq “Unicode”-da daxil olundu və “Unicode” Azərbaycan əlifbasını tam dəstəklədi. İndi artıq “Unicode” bütün platformalarda (əməliyyat sistemlərində) tətbiq edilir.

Sözügedən layihəyə gəlincə, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı (İP) arasında imzalanmış proqram-layihəyə müvafiq olaraq hazırlanmış “Aərbaycan Respublikasının ikişafı naminə İKT üzrə Milli strategiyası (2003-2012-ci illər)’’ respublika prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanıb və sonrakı onillik dövr üçün hökumət proqramı statusu alıb.

Bu proqramın – İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq əhəmiyyətinə malik olmaqla, cəmiyyətin bütün sahələrində İKT-nin tətbiqini və onunla əlaqədar yarana biləcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə tutur.
 
HƏQİQƏT




Baxış sayı: 2882

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024