12px13px15px17px
Tarix:15/05/12

BMT baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti

Mən, builki Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu olaraq qadın və qızlara qarşı diqqətin vurğulanması faktını alqışlayıram.

Qadınlar və qızlar artıq bir çox sahələrdə informasiya və kommunikasiya texnologiya xidmətlərindən faydalana bilirlər. E-ticarət sahibkarlıq imkanlarını genişləndirir. Mobil telefonlar doğum prosesinin daha təhlükəsiz keçməsinə yardım edir. Əvvəllər mümkün olmadığı halda, indi elektron sosial şəbəkələr bütün dünya qadınlarının demokratiya, ləyaqət və insan hüquqları uğrunda mübarizə üçün səfərbər olmalarına imkan yaradır.

Eyni zamanda, onu da bilirik ki, informasiya və kommunikasiya texnologiyaları zərərli də ola bilər. Tez-tez qadın və qızlar kiberxuliqanlıq, internetdən istifadə ilə insan alveri və digər xoşagəlməz hadisələrin qurbanları olurlar. Biz bu cinayətlərin qarşısını almaq və bütün insanlar üçün onlayn təhlükəsizliyin vacibliyini təşviq etmək üçün əlimizdən gələn hər şeyi etməliyik.

Daha geniş mənada isə, biz davamlı inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının gücünü optimallaşdırmaq üçün çalışmalıyıq. Məlumatları toplayaraq, yayaraq və təhlil edərək, biz təbii ehtiyatların qorunmasını sürətləndirə, iqlim dəyişikliyi ilə mübarizə apara və qadın və qızlar da daxil olmaqla bütün ehtiyacı olan şəxslərə yardım edə bilərik.

Bu, xüsusilə də gələn ay Braziliyada keçiriləcək olan "Rio+20" Birləşmiş Millətlər Təşkilatı Konfransının "Davamlı İnkişaf" mövzusu çərçivəsində vacibdir. Konfransa hazırlığın son mərhələsində və əsasən də sonrasında, orada qəbul olunmuş qərarları həyata keçirərkən, informasiya və kommunikasiya texnologiyaları davamlı gələcək üçün yeni həll yolları tapmağa kömək edə bilər. 

Bu Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü rəqəmsal fərqlilik və gender boşluğunu aradan qaldırmaq üçün hər kəsi genişmiqyaslı işlər görməyə səsləyirəm. Hər bir şəxs informasiya və telekommunikasiya texnologiyalarından yüksək dərəcədə yararlanmağı bacarmalı və görmək istədiyimiz gələcəyi yaratmağa kömək etməlidir. 




Baxış sayı: 1120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024