12px13px15px17px
Tarix:16/05/12

Azərbaycanda proqram təminatının qanunsuz istifadəsinin səviyyəsi azalıb

2011-ci ildə Azərbaycanda pirat proqram təminatının istifadəsinin səviyyəsi 87 faiz təşkil edib ki, bu da 2010-cu illə müqayisədə bir bənd azdır. “Trend”in məlumatına görə, bu barədə çərşənbə axşamı dərc edilən 2011-ci il üzrə “BSA”-nın (Business Software Alliance) “İnternational Data Corporation” (İDC) araşdırmalarının əsasında tərtib edilən hesabatında deyilir.

Son illər ərzində Azərbaycanda vəziyyətin davamlı olaraq yaxşılaşması müşahidə edilir. 2006-cı ildə piratçılığın səviyyəsi 94, 2007-ci ildə 92, 2008-ci ildə 90 faiz təşkil edirdisə, məlumatlara görə, 2009 və 2010-cu illərdə bu rəqəm 88 faiz olub.

“BSA”-nın məlumatına görə, 2011-ci ildə Azərbaycanda proqram təminatının qanunsuz istifadəsi bazarının həcmi 67 milyon dollar təşkil edib ki, bu da 2010-cu ilin göstəricisindən 10 milyon dollar çoxdur.

Dünyada lisenziyalaşdırılmamış proqram təminatının kommersiya dəyəri ümumilikdə 2011-ci ildə 63,4 milyard dollarədək artıb. 2010-cu ildə bu rəqəm 58,8 milyard dollar olub. Bu yeni rekord iqtisadiyyatı inkişaf edən ölkələrə fərdi kompyuterlərin tədarükünün artması sayəsində qeydə alınıb.

MDB ölkələri arasında piratçılıq Moldovada 90, Belarusda 87, Qazaxıstanda 76, Rusiyada 63 faiz təşkil edir.Pirat məhsullarının nisbətən yüksək səviyyəsi (91 faiz) qonşu Gürcüstanın payına düşüb.

“BSA 2011 Global Software Piracy Study” araşdırması fərdi kompyuterlər, stolüstü sistemlər, noutbuklar və ultra-portativ sistemlər, o cümlədən fərdi kompyuterin əməliyyat sistemləri və sistem proqramları, məlumat bazaları və təhlükəsizlik sistemləri, azad yayılan proqramlar və açıq çıxış kodu ilə proqram təminatı daxil olmaqla netbuklara quraşdırılan proqram təminatının bütün növlərini əhatə edir.

Bu ilin araşdırmasına, həmçinin 15 min fərdi kompyuter istifadəçisinin əqli mülkiyyət və proqram təminatının istifadəsinə münasibətini öyrənmək üçün aparılan sorğunun nəticələri əlavə edilib. Sorğu "İpsos Public Affairs" şirkəti tərəfindən dünyanın 33 ölkəsində aparılıb. Sorğu müsahibə və onlayn anket doldurmaq metodlarından istifadə edilməklə aparılıb.




Baxış sayı: 1142

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024