12px13px15px17px
Tarix:16/05/12

Fərdi kompyuterlərə quraşdırılmış proqramların 42 faizi pirat olub

2011-ci ildə kompyuter piratçılığından dəymiş zərərin həcmi 2010-cu illə müqayisədə 4,6 milyard dollar artaraq 63,4 milyard dollar təşkil edib. Bu, yeni rekorddur. Bu barədə Proqram Təminatı İstehsalçıları Assosiasiyasının (BSA) dərc etdiyi hesabatda qeyd olunub.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sənədə əsasən, ABŞ və Çində proqram təminatı istehsalçıları müvafiq olaraq 9,8 və 8,9 milyard dollar həcmində zərərə məruz qalıblar. Rusiya "qara siyahı"da 3,2 milyard dollar göstərici ilə üçüncü yerdə qərarlaşıb.

“BSA”-nın dərc etdiyi hesabatda bildirilib ki, 2011-ci ildə bütün fərdi kompyuterlərə quraşdırılmış proqramların 42 faizi pirat olub. Bu halda tədqiqatda iştirak etmiş istifadəçilərin 57 faizi qeyri-leqal proqram təminatından istifadə etdiklərini açıq şəkildə etiraf ediblər.




EMİL




Baxış sayı: 980

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024