12px13px15px17px
Tarix:16/05/12

“Azərsu" ASC tərəfindən təqdim olunan elektron xidmətlər tam avtomatlaşdırılıb

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar olaraq “Azərsu” ASC 3 elektron xidmət  təqdim edir. Bu xidmətlərə su borcunun internet vasitəsilə öyrənilməsi, ödənilməsi və terminallar vasitəsilə ödəniş aparılması daxildir.

Bu barədə “İCTnews” elektron xəbər xidməti Səhmdar Cəmiyyətin rəsmi saytına (www.azersu.az) istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, su borcunun internet vasitəsilə öyrənilməsi  xidmətindən istifadə etmək  üçün “Azərsu” MMC-nin rəsmi internet səhifəsinə (www.azersu.az) daxil olaraq  sistemə abonent kodu və tipi daxil edilməklə sorğu verilir. Bu zaman həmin abonentə aid  su borcu, sayğac nömrəsi, sayğacın son göstəricisi və son göstərici oxunma tarixini özundə əks etdirən məlumat verilir.

 Su borcunun internet vasitəsilə ödənilməsi xidmətindən istifadə etmək üçün yalnız abonent kodu tələb olunur. Xidmət Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşmiş İnformasiya Sistemləri (KÖMİS) və “GoldenPay” MMC ilə birgə həyata keçirilir.

Xidmətdən “www.azersu.az” saytı ilə yanaşı, “www.apus.az”, “www.hesab.az”, “www.quick.az” saytları vasitəsilə də istifadə etmək olar.

Su borcunun terminallar vasitəsilə ödənilməsi  xidməti sayəsində isə bütün abonentlər “PayPoint” ödəmə terminalları vasitəsilə su borclarını ödəyə bilərlər. Xidmət “Komtec” MMC ilə birgə həyata keçirilir. 
Qeyd edək ki, interaktiv olan bu elektron xidmətlər ödənişsizdir və tam avtomatlaşdırılıb.
 
CAHANGİR




Baxış sayı: 2454

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024