12px13px15px17px
Tarix:16/05/12

Azərbaycanın İKT sahəsində uğurları türk mətbuatında işıqlandırılıb

Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində uğurları bir daha beynəlxalq mətbuat tərəfindən qeyd olunub.


Belə ki, 2012-ci il may ayının ilk həftəsində nüfuzlu "Turkish Weekly" jurnalında "Development of the ICT Sector and Competitiveness-Building Challenges in Azerbaijan" ("Azərbaycanda İKT sektorunun inkişafı və rəqabətqabiliyyətliliyinin artırılması imkanları") adlı məqalə dərc olunub.

Azərbaycan Marketinq Cəmiyyətindən verilən məlumata görə, məqalədə Azərbaycan 1991-ci ildə müstəqillik qazanmış postsovet respublikalarının sıralarında siyasi, institusional, iqtisadiyyat və digər sahələrdə davamlı inkişafı göstərilib, İKT sektorunun son illər ərzində inkişafının təhlili öz əksini tapib.

Qeyd olunub ki, 21 il ərzində ölkə bir çox problemlərlə (müharibə və ölkənin 20% torpaqlarının hələ də işgal altında olması, qaçqınlar və məcburi köçkünlərin doğma torpaqlarında didərgin olması) üzləşməyinə baxmayaraq neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişafı da gözə çarpır. Xoş haldır ki, bu istiqamətin inkişafı hökumət tərəfindən də dəstəklənir və prioritetləşdirilir.

Qeyri-neft sektorunun inkişafında böyük rol İKT sektorunun üzərinə düşür. Bu sahənin sürətli və dinamik inkişafı investisiyalar yönəldilməsi ilə yerinə yetirilib. Materialda qeyd olunub ki, son 6 il ərzində bu sahəyə 1.8 milyard ABŞ dolları vəsait investisiya edilib ki, ondan təxminən 20-21% xarici investisiyalardır.  2011-ci ildə isə investisiyaların məbləği 525 milyon ABŞ dollarından artıqdır ki, bu da əvvəlki illə müqayisədə 2 dəfə artıqdır.

Məqalədə Dünya İqtisadi Forumunun 2008-2012-ci illər üzrə ölkənin İKT inkişafı üzrə hesabladığı reytinqlərə də istinad olunmuşdur. Regionda Azərbaycanın İKT sektorunun dinamik inkişafı 2011-2012-ci illər üzrə Qlobal rəqabətlilik indeksində də öz əksini tapıb və dünyanın 142 ölkəsinin siyahısında Azərbaycan 55-ci yeri tutur və MDB ölkələrində isə birincidir. İnnovasiya göstəricilərinə əsasən, Azərbaycan 60-cı yerdə qərarlaşaraq MDB ölkələrindən savayı, Rusiya, Türkiyə və İranı qabaqlayıb.
Dünya İqtisadi Forumunun 2011-2012-ci il üzrə dünya ölkələrində İKT inkişafı üzrə hesabatında Azərbaycan keçən ilə nisbətən 9 pillə irəliləyərək 142 ölkə içərisində 61-ci mövqedə qərarlaşmışdır.

Məqalədə Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi - 2011" hesabatında olan Azərbaycanın"İKT İnkişaf indeksi"nə diqqət ayrılmışdır. Belə ki,  Azərbaycan  əvvəlki ilə nisbətən 9 pillə irəliləyərək 152 ölkə sırasında 74-cü yerdə qərarlaşıb, həmçinin "İKT İnkişaf indeksi"ni yaxşılaşdıran ən yaxşı ilk 10 ölkə sırasına daxil olub.

Beləliklə, Azərbaycan ölkə iqtisadiyyatının və cəmiyyətin uzunmüddətli və davamlı inkişafı üçün İKT qeyri-neft sektoruna daxil olan və bir nömrəli yüksək dinamika nümayiş etdirən sahə kimi qiymətləndirilir.
 

http://www.turkishweekly.net/





Baxış sayı: 3731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024