12px13px15px17px
Tarix:17/05/12

Zaqatala və Qax rayonlarında baş vermiş zəlzələdən zərərçəkmiş rabitəçilərlə görüş keçirilib

Zaqatala və Qax rayonlarında baş vermiş zəlzələdən zərərçəkmiş rabitəçilərlə telekom  və poçt filiallarının işçilərinə  yardım göstərmək məqsədi ilə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və  Azərbaycan Həmkarlar ittifaqları konfederasiyasının sədri Səttar Mehbalıyevin tapşırığı ilə Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucovun başçılığı ilə nümayəndə heyəti  bu rayonlarda olub.

Xatırladaq ki, 11 nəfər rabitəçinin evi tam qəzalı, 20 nəfərin isə qismən qəzalı vəziyyətdədi. Nümayəndə heyəti zərərçəkmiş rabitəçilərlə görüşüb, hadisə yerində olaraq dağıntılarla tanış olub, onlara maddi yardımlar göstəriblər.     




Baxış sayı: 2520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024