12px13px15px17px
Tarix:17/05/12

Sabunçu Telefon Qovşağında YAP-ın sayca 113-cü ərazi ilk partiya təşkilatı yaradılıb

Sabunçu Telefon Qovşağında (STQ) YAP Sabunçu rayon təşkilatının sayca 113-cü ərazi ilk partiya təşkilatı yaradılıb. "İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı ötən gün adıçəkilən rayonda tədbir keçirilib.

Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Nəriman Salmanov YAP-ın keçdiyi tarixi yola nəzər salaraq bu partiyanın bütün fəaliyyəti dövründə müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə, xalqın rifah halının yüksəldilməsinə  xidmət etdiyini bildirib: «Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt onun davamçısı, yeni əsrin lideri Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir».

N.Salmanov bildirib ki, Sabunçu Telefon Qovşağının 314 işçisi var və onların da 298-i YAP-ın üzvüdür.
Sonra YAP Sabunçu rayon təşkilatının aparat rəhbəri Rəşad Abbasəliyev STQ-da yeni ərazi ilk partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışaraq bildirib ki, hazırda YAP-ın cəmiyyətdə rolu günbəgün artmaqdadır. Onun sözlərinə görə, sosial sifariş olaraq meydana atılan YAP ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.

«Baktelekom» ərazi ilk partiya təşkilatının sədr müavini İsrafil Bəkirov isə deyib ki, hazırda YAP üzvlərinin sayı 560 minə yaxınlaşıb: «Bu qədər sayda üzvlərin YAP-ın sıralarında birləşməsi partiyamıza vətəndaşların inamının və etibarının ifadəsidir».
Tədbirin sonunda bir qrup partiya üzvünə vəsiqələr təqdim olunub.

SEYMUR




Baxış sayı: 2146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024