12px13px15px17px
Tarix:18/05/12

Avropa Yayım Birliyi texniki işlərdən razıdır

“Ölkəmizdə "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi münasibətilə yüksək keyfiyyətli televiziya yayımının təmin olunması ilə əlaqədar olaraq bütün test sınaq işləri yüksək nəticələr verib və biz informasiya texnologiyaları sahəsində də Avropanı heyrətləndirəcəyik”.

Bu sözləri bizə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Teleradio" İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov deyib. Onun sözlərinə görə, mahnı müsabiqəsinin keçiriləcəyi  "Bakı Kristal arena"dan yüksək keyfiyyətli görüntünün ötürülməsi məqsədilə Bakıda teleqülləyə və "İctimai" TV-nin ofisinə və Gəncə şəhərində telestansiyaya fiber-optik kabel xətləri çəkilib. “Biz bütün istiqamətlərdə yoxlama aparmışıq.

Alternativ yayım da öz müsbət nəticəsini verib. Belə ki, kompleksdən "HD"(High Defination) yayımın Bakı-Frankfurt və əks istiqamətdə "Trans Asiya Avropa" fiber-optik kabellərlə rəqəmsal yayımı təşkil olunmaqla da işlər aparılacaq”- deyə texniki direktor bildirib.  Onun sözlərinə görə, Avropa Yayım Birliyi də eyni zamanda Azərbaycanda müsabiqənin yayımı üçün həyata keçirilən texniki işləri çox bəyənib və bununla bağlı  aparılan test sınaq işlərində yaxından iştirak edərək öz müsbət rəylərini veriblər.

Bir daha qeyd edək ki, Azərbaycan ərazisində optik kabellərlə telestansiyalara otürülən yüksək keyfiyyətli görüntü nəticəsində "Bakı Kristal arena"da baş tutan mahnı müsabiqəsi vətəndaşlara daha canlı şəkildə yüksək keyfiyyətlə ötürüləcək.

RƏVAN



Baxış sayı: 1639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024