12px13px15px17px
Tarix:18/05/12

“Eurovision” mahnı müsabiqəsi üçün etibarlı və dayanıqlı rabitə sistemi qurulub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı bütün texniki məsələləri həll edib. Artıq ölkəmizə təşrif buyuran müsabiqə iştirakçıları, jurnalistlər və tamaşaçılar tətbiq edilən ən müasir texnologiyalardan aktiv şəkildə istifadə edirlər.

“Kristal Arena”da keçirilən məşqlər zamanı müsabiqə iştirakçılarının və tədbiri işıqlandıran jurnalistlərın informasiya texnologiyalarından fasiləsiz olaraq yüksək səviyyədə istifadə etməsi də deyilənlərə əyani sübutdur. Jurnalist personalının istifadə etməsi üçün müasir kompyuter dəstləri ilə təminat, internetə sürətli simsiz çıxış onların razılığı ilə qarşılanıb.

 Ümumilikdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tapşırıqlarına uyğun olaraq struktur bölmələri tərəfindən həyata keçirilən işlər nəticəsində  müsabiqə keçirilən “Kristal Arena”da hər istifadəçinin internetə qoşulma sürətinin 1 Mb/s sürət əldə etməsi şərtilə 4000 nəfərlik internet bağlantı (3000 nəfərin “Wi-Fi”, 1000 nəfərin isə stasionar kompyuterdən istifadə etməsi) təmin edilib.  Bundan başqa  kompleksdə, mətbuat mərkəzində və digər otaqlarda tələbata uyğun internet təşkil edilib.

Nazirliyin həyata keçirdiyi işlər nəticəsində qlobal internet şəbəkəsi ilə əlaqənin bir neçə istiqamətdə alternativliyi və etibarlılığı təmin edilib. Şəhər mərkəzindəki ticarət mərkəzlərində, restoranlarda və s. “Wi-Fi” (genişzolaqlı kabelsiz internet) xidməti tətbiq edilib.  “Eurovision 2012” mahnı müsabiqəsinin keçiriləcəyi kompleksdə yayım üçün 1 ədəd 8 mb/s-lik sürətə malik internet kanalı təşkil edilib.

Qeyd edək ki, RİTN aparılan işlərin daha keyfiyyətli və dayanıqlığını təmin etmək məqsədilə bütün istiqamətlərdə alternativ rabitə sistemi qurub.  

RƏVAN 




Baxış sayı: 1855

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024