12px13px15px17px
Tarix:18/05/12

“Facebook”da antivirusun fəaliyyətini deaktiv edən virus aşkar edilib

"Trend Micro" antivirus şirkətində çalışan ekspertlər "Facebook" vasitəsilə yayılan və antivirusların fəaliyyətini blok edə bilən yeni troyan proqramı aşkar ediblər.

"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən  bildirir ki, troyan proqramı "Facebook" sosial şəbəkəsinə inteqrasiya edilmiş ani mesaj mübadiləsi xidməti vasitəsilə yayılır. Qurban öz kontakt-listindəki virusa yoluxdurulmuş istifadəçidən "May09-Picture18.JPG_www.facebook.com.zip" istinadlı mesaj alır. Əgər istifadəçi istinad üzrə keçid edirsə, onun kompyuterinə ziyanverici faylın olduğu arxiv yüklənir.

Qeyd edim ki, ziyanverici fayl "May09-Picture18.JPG_www.facebook.com" adlanır. İstifadəçi faylı işə saldıqda antivirusun fəaliyyətini blok edən proqram icra olunur və yeni əmrlər üçün kibercinayətkarların saytları ilə əlaqə yaradır.



EMİL




Baxış sayı: 1531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024