12px13px15px17px
Tarix:09/07/11

“Facebook” istifadəçiləri üçün yeni oyun

Məşhur "Цивилизация" strategiyasının “Facebook” versiyasını sosial şəbəkənin bütün istifadəçiləri oynaya bilər. Oyun “CivWorld” adlanır və 2 oyun studiyasının - ”K Games” və “Firaxis” iştirakı ilə hazırlanıb. “Firaxis” studiyasına "Цивилизация" seriyasının yaradıcısı Sid Meyer rəhbərlik edir.
“CivWorld” oyunun stolüstü kompyuterlər üçün "Цивилизация" versiyaları ilə bir çox şeydə oxşar olduğu bildirilib, lakin bir sıra əlavə imkanları da var. Məsələn, oyunçular birlikdə öz ərazilərini inkişaf etdirmək və düşmənlərdən qorunmaq üçün qruplarda birləşə bilərlər.
Oyun pulsuzdur, lakin istifadəçilər əlavə oyun predmetlərini pul ilə ala bilərlər. Qeyd edək ki, sözügedən oyunun hazırlaması 2009-cu ilin oktyabrından aparılırdı. “CivWorld” oyununun “Facebook”da yoxlanması 2011-ci ilin yanvarında başlanmış, lakin qapalı rejimdə keçirilib. İndi oyun əvvəlki kimi beta-versiyada işləyir, amma onu istənilən “Facebook” istifadəçisi yoxlaya bilər.
“Facebook”da “CivWorld“ə rəqib “Zynga” oyun şirkətinin iyun ayının əvvəlində istifadəyə verdiyi “Empires & Allies” strategiyası olacaq. Məlumat üçün bildirək ki, ilk ay ərzində “Empires & Allies” strategiyası təxminən 50 milyon daimi oyunçu toplamağı bacarıb.



Baxış sayı: 1436

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024