12px13px15px17px
Tarix:18/05/12

Çində ən ucuz mikrokompyuter yaradıblar

Çinin “Zero Devices” şirkəti  ən yeni hazırlamasını – “MK802” adlı mikrokompyuteri təqdim edib. Bu mikrokompyuter 198 qram  çəkiyə malikdir və insanın ovucunda yerləşə bilir. Bununla belə mikrokompyuter “HD” videonu göstərmək və digər gündəlik məsələləri yerinə yetirməyə qadirdir.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “MK802” mikrokompyuteri 1.5 QHs takt tezlikli birnüvəli “Allwiner A10” prosessoru, 512 MB əməli yaddaş, 4 QB tutumlu  fləş daşıyıcı, “USB 2.0”, “microUSB” və “Wi-Fi” modulu ilə təchiz olunub.Yeni mikrokompyuterin qiyməti 74 dollar təşkil edir.






 
EMİL




Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024