12px13px15px17px
Tarix:18/05/12

20 il bundan əvvəl Azərbaycan poçtunda Beynəlxalq Haqq-Hesab Mərkəzi fəaliyyətə başlayıb

1992-ci ilin bu günündə Azərbaycan poçtunda Beynəlxalq Haqq-Hesab Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəz Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin tərkibində yaradılıb və ölkəmiz müstəqillik əldə etdikdən sonra beynəlxalq poçt sahəsində yaradılan ilk qurumlardan biri olub.

Məlumat üçün bildirək ki, həmin tarixdən 2 il sonra - 1994-cü ildə telekommunikasiya sahəsində də oxşar qurum – Beynəlxalq Hesablaşmalar Mərkəzi "Aztelekom" İstehsalat Birliyinin tərkibində yaradılmış, poçtu özünə birləşdirdikdən sonra növbəti il – 1995-ci ildə Rabitə Nazirliyinin birbaşa tabeçiliyinə keçib.

Daha 1 il sonra isə - 1996-cı ildə statusu daha da genişləndirilmiş və Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinə çevrilərək indiyə kimi fəaliyyət göstərməkdədir və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələrindən biridir.

Beynəlxalq Haqq-Hesab Mərkəzi hazırda Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin tərkibində Beynəlxalq Poçt Şöbəsi adı altında fəaliyyət göstərir və Azərbaycanla digər xarici ölkələr arasında mübadilə olunan beynəlxalq poçta görə hesablaşmanın aparıldığı ötən 20 il ərzində ölkəmizə on milyonlarla dollar gəlir gətirib.

Müstəqillik illərinin əvvəllərində Ümumdünya Poçt İttifaqı ilə ölkəmiz arasında əlaqələrin qurulmasında, Azərbaycan poçtunun dünyaya tanıdılmasında, xarici ölkə poçt administrasiyaları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yaradılmasında bu orqanın böyük rolu olub.




Baxış sayı: 918

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024