12px13px15px17px
Tarix:19/05/12

Poçt şöbələri gecəyə qədər işləyir

"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı bütün poçt şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. "Azərpoçt" MMC-nin baş direktoru Qənbər Bəybalayevin əmri ilə müsabiqə keçirilən günlərdə Bakının mərkəzi hissələrində fəaliyyət göstərən poçt şöbələri gecə saat 12-dək fəaliyyət göstərəcək.

Bu barədə müəssisədən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, poçt işçiləri ingilis dili biliklərini təkmilləşdiriblər. Onlar xarici qonaqlara poçt xidmətləri göstərmək iqtidarındadır. Bunun üçün poçt işçiləri xüsusi kurs keçərək ümumi biliklərə yiyələniblər.

Artıq paytaxtımıza təşrif buyuran xarici qonaqlar mərkəzi poçt, 1, 73, 6 saylı poçt şöbələrinin xidmətlərindən istifadə edərək xidmətdən razı qalıblar. Xarici ölkə vətəndaşlarından bəziləri öz ölkələrinə Bakıdan aldıqları suvenirlərdən poçt bağlaması kimi göndərməklə yaxınlarını sevindirmiş olurlar.



RƏVAN




Baxış sayı: 1449

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020