12px13px15px17px
Tarix:21/05/12

Elektron xidmətlərə kənardan müdaxilənin qarşısını almaq məqsədi ilə xətlər şifrələnib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) elektron xidmətlərə kənardan müdaxilənin qarşısını almaq məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ƏƏSMN arasında informasiya mübadiləsi üçün istifadə olunan əlaqə xətti xüsusi avadanlıq və VPN-tunnel vasitəsi ilə şifrələnib. Bu barədə "İCTnews.az" elektron xəbər xidmətinə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev məlumat verib.

Onun sözlərinə görə, şifrələnmə metodunda elektron açarlardan istifadə olunur: «Vətəndaşlar üçün yaradılmış veb-portal üzərindən olan elektron xidmətlərə daxil olma imkanı xüsusi proqram təminatı vasitəsi ilə qorunur və filtrasiya olunur.

Gələcəkdə veb-portal üzərindən müraciətlərin müdafiəsinin artırılmasl məqsədi ilə proqram təminatının təkmilləşdirilməsi və vətəndaşların autentifikasiyası üçün elektron imzanın istifadəsi imkanı nəzərdə tutulur».


SEYMUR




Baxış sayı: 1031

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024