12px13px15px17px
Tarix:11/07/11

Azərbaycan çıxan internet-trafikin sürətinə görə dünyada 100-cü yeri tutub

Azərbaycan "Speedtest" xidmətini yaradan "Ookla" şirkətinin "Net İndex" reytinqində daxil olan internet-trafikin sürətinə görə dünyada 105-ci yeri tutub. Nəticələr iyunun 8-dən iyulun 7-dək keçirilən sınaq tədqiqatları əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 124 660 unikal İP ünvanı seçilib. "Net İndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,38 Mbit/saniyə təşkil edir.
Reytinqdə tədqiqatın keçirilməsi müddətində daxil olan trafikin sürəti 6,58 (Eurosel şəbəkəsində) və 0,86 Mbit/saniyə (Datacell şəbəkəsində) təşkil edən Azərbaycanın 20 internet-servis provayderinin və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri öz əksini tapıb. İstifadəçilərin şəbəkəyə 0,94 Mbit/saniyə sürətlə daxil olduqları çıxan trafikin reytinqi üzrə Azərbaycan 100-cü yeri tutub.
Çıxan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis provayderinin və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri qeyd olunub. Tədqiqatın aparıldığı dövrdə çıxan trafikin maksimum sürəti 9,35 Mbit/saniyə (AzEduNet təhsil şəbəkəsi), minimum sürət isə 0,36 Mbit/saniyə (Datacell şəbəkəsində) olub. CATEL şəbəkəsinin işi yaxın vaxtlarda bərpa olunacaq.
CATEL şəbəkəsinin işi yaxın vaxtlarda bərpa olunacaq. Bu barədə şənbə günü “Trend”ə şirkətdən məlumat verilib. Şəbəkədəki problemlər müvəqqəti xarakter daşıyır və şirkətin şəbəkəsi öz işini bərpa etdikdən sonra digər operatorlara keçən abonentlər CATEL-ə qayıtmaq imkanı əldə edəcəklər. "Hazırda şəbəkənin işinin bərpa olunması üzrə işlər davam etdirilir. Bu proses iyulda başa çatdırılmalıdır", - CATEL-dən deyiblər.
Bir müddət əvvəl şirkətdən “Trend”ə deyildiyi kimi, CATEL operatorunun FONEX mobil şəbəkəsinin nömrələri "040" zona kodu ilə başlayan abonentləri "Azərfon" MMC şəbəkəsinə keçirlər. "Azərfon" şəbəkəsinə miqrasiya edən abonent əvvəllər istifadə etdikləri nömrələrin ardıcıllığını saxlamaqla yalnız zona kodunu dəyişəcəklər. CATEL şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin ("417", "418" və "415" indeksli telefon nömrələri, eləcə də "040" zona kodu ilə başlayan Fonex mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazlardakı nasazlıqlarla izah edib. Bu gün CATEL operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.



Baxış sayı: 1070

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024