12px13px15px17px
Tarix:22/05/12

Azərbaycanda kompyuterlərin virusa yoluxma səviyyəsi 3,4 faiz azalıb

Azərbaycanda mart ayı ilə müqayisədə apreldə kompyuterlərin virusa yoluxma səviyyəsi 3,4 faiz azalıb. Bu barədə bazar ertəsi "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən virus aktivliyi icmalında deyilir.
Son ay ərzində ölkədə istifadəçilərin 42,9 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.

İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riski üzrə 10 ölkə arasında beşinci yeri tutur.
 “TOP 10”-a 50-35,9 faizlə daxil olan ölkələr Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Azərbaycan, Ukrayna, Sudan, Özbəkistan, Moldova və Banqladeşdir.

Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompyuterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir ay ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

Aprel ayının yekunları üzrə "Kasperski laboratoriyası" məhsulları istifadəçilərinin kompyuterlərində 280 milyon zərərverici proqram aşkar edilərək zərərsizləşdirilib, veb vasitəsilə 134 milyon yoluxma cəhdinin (təhdidlərin ümumi sayının 48 faizi) qarşısı alınıb və 24 milyon zərərverici URL aşkar edilib.




Baxış sayı: 1341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024