12px13px15px17px
Tarix:22/05/12

“Nar Mobile”-ın müşahidə kameralarına tələbat artıb

İndi “Nar Mobile”-ın “3G” mobil kameralarına tələbat daha çoxdur. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bu texnologiyanın əsas üstünlüyü ondadır ki, istifadəçi adi videozəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilər.

 Azərbaycan bazarında ilk olaraq “Nar Mobile”-ın təqdim etdiyi bu texnologiyadan istifadə qaydası olduqca sadə və rahatdır. Mobil  müşahidə xidmətindən yararlanmaq üçün “3G” kameranın daxilinə quraşdırılmış sim nömrəsinə videozəng etmək kifayətdir.

“Nar mobile” şirkətinin biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva Azərbaycanda “3G” texnologiyasına əsaslanan xidmətlərin və məhsulların tətbiqinin əhəmiyyətini vurğulayaraq söyləmişdir: “3G mobil müşahidə kamerası müxtəlif qurumlar, eləcə də fərdi istifadə üçün çox faydalı məhsuldur. Bu xidmətin ölkədə tətbiqi Azərbaycanın ən yeni texnologiyalar tətbiq edən ölkələr sırasına daxil olmasını bir daha sübut edir”. 

“3G” mobil müşahidə kamerası biznesin idarə olunması prosesində istifadə ilə yanaşı, fərdi təhlükəsizliyi təmin edə bilən bir xidmətdir. Belə ki, bu  məhsul iş adamlarına öz ofislərini, bağ sahiblərinə bağ sahələrini, sıravi istehlakçılara öz evlərini və digər məişət obyektlərinin canlı görüntüsünü izləmək kimi müxtəlif imkanlar verir.

“3G” kameraya videozəng daxil olduğu zaman məsafədən asılı olmayaraq mobil telefonun düymələrindən istifadə edərək kameranın müşahidə istiqamətini dəyişmək, o cümlədən, səs ötürülməsini də həyata keçirmək mümkündür.

“3G” müşahidə kamerası akkumulyator vasitəsilə 200 saatadək işləyə bilir və videorejimdə 12 saatadək görüntünü öz yaddaşına yaza bilir.

RƏVAN 




Baxış sayı: 2084

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024