12px13px15px17px
Tarix:22/05/12

AMEA rəhbərliyi ən müasir elmi cihazların alınmasında maraqlıdır

Müasir dövrdə elmi-tədqiqat işləri daha çox dəqiqlik və ətraflı yanaşma imkanları yaradan yüksək texnologiyalı avadanlıqlardan istifadəni tələb edir. Son illərdə Azərbaycanda botanika elminin müasir səviyyədə inkişafı istiqamətində də bir sıra əhəmiyyətli addımlar atılır və AMEA rəhbərliyinin dəstəyilə laboratoriyalar müasir avadanlıqlarla təchiz olunur. Bu məqsədlə AMEA Botanika İnstitutunda "Tokyo BOEKİ Technology" şirkətinin MDB ölkələri üzrə icraçı direktoru Oleksey Şpak və baş menecer Vitali Tinkov ilə görüş keçirilib.

Görüş barədə "İCTnews" elektron xəbər xidmətinə AMEA-dan məlumat verilib. Görüş zamanı institutun direktoru, biologiya elmləri doktoru, professor Validə Əli-zadə institutda aparılan geniş profilli tədqiqat işləri, beynəlxalq əməkdaşlıqlar, botanika sahəsində son illərdə əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verib.

Daha sonra V.Tinkov institut əməkdaşlarını biologiya elminin hazırkı tələblərinə cavab verən geniş imkanlı "N-SİM", "JEM", "JSM" və s. kimi super dəqiq mikroskoplar, analitik skanerlər, element səviyyəsində analizedicilər kimi bir sıra müasir avadanlıqlarla tanış edib və onlardan istifadənin əhəmiyyətli nəticələri haqda məlumat verib. Görüşdə institut əməkdaşları ilə keçirilən geniş müzakirələr zamanı qeyd edilib ki, belə avadanlıqlardan istifadə Azərbaycanda botanika elminin rəqabət qabiliyyətinin yüksəlməsinə geniş imkanlar açacaq.

Tədbirdə iştirak edən AMEA-nın Elmi-təşkilat şöbəsinin rəisi, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov çıxış edərək "Tokyo BOEKİ Technology" şirkətinin nümayəndələrinin AMEA prezidenti akademik Mahmud Kərimov və birinci vitse-prezident akademik Arif Həşimov tərəfindən qəbul edildiyini, AMEA rəhbərliyinin ən müasir elmi cihazların alınmasında maraqlı olduğunu bildirib, bu şirkətlə əməkdaşlığın əhəmiyyətindən və perspektivlərindən danışıb.
 
HƏQİQƏT




Baxış sayı: 1251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024