12px13px15px17px
Tarix:23/05/12

Reyestr məlumatları elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib ediləcək

Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi qaydalarına dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edib.

"İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bundan sonra qeyri-kommersiya hüquqi şəxslərinin, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət reyestri Ədliyyə Nazirliyinin (ƏN) müəyyən etdiyi bölgü üzrə ƏN və eləcə də bu nazirliyin rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar, xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri NMR-in ƏN-i tərəfindən aparılacaq.

Kommersiya hüquqi şəxslərinin dövlət reyestri Vergilər Nazirliyinin (VN) müəyyən etdiyi bölgü üzrə həmin nazirliyə bilavasitə tabe olan vergi orqanlarının bu Qaydalara uyğun tərtib etdikləri reyestrlərin məlumatları əsasında VN-in informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib ediləcək.

Dəyişikliyə görə, dövlət reyestr kitabının tətbiq edilməsi məsələləri ilə bağlı dövlət qeydiyyat orqanlarına metodiki rəhbərliyi qeyri-kommersiya qurumları və təhsil müəssisələri üzrə Ədliyyə Nazirliyi, kommersiya qurumları üzrə Vergilər Nazirliyi, dini qurumlar üzrə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirəcək. Eləcə də qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabına daxil edilən məlumatlar bu məlumatların əks etdirilməsi üçün ayrılmış bölməyə yerləşmirsə, həmin bölməyə əlavə vərəqlər tikilməlidir.

Əlavə edilmiş vərəqin yuxarı sağ hissəsində qurumun qeydiyyat nömrəsi,  qeydiyyat tarixi və əsas səhifənin nömrəsi göstərilməklə hərflərlə sıralanmalıdır. Belə əlavələr edildikdə, reyestri aparan şəxs reyestr kitabının xüsusi qeydlər üçün ayrılmış hissəsində müvafiq əlavə barəsində qeyd yazmalıdır.

SEYMUR




Baxış sayı: 1546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024