12px13px15px17px
Tarix:23/05/12

“Aztelekom” İB-də xidmətlərin sifarişi onlayn rejimdə icraya götürülür

“Aztelekom” İB-nin “Qaynar xətt” xidməti birlik tərəfindən göstərilən xidmətlərin sifarişi, təklif və şikayətlərin  qəbulunun “bir pəncərə” üzərindən təşkilini həyata keçirir.

Xidmət vasitəsi ilə istifadəçi “Aztelekom” İB-nin göstərdiyi xidmətlərə qoşula bilər, istifadə etdiyi xidmətlərdə baş vermiş nasazlıqların aradan qaldırılmasını sifariş edə bilər, öz arzu və təkliflərini, şikayətlərini birliyin müvafiq strukturlarına çatdıra bilər.

Bu xidmətdən istifadə etmək üçün vətəndaş 012 122 xidmətinə zəng edib (zənglər pulsuzdur) operatorla əlaqə yaradır, öz sifarişini, təklif və ya şikayətini bildirir. Onun sifariş, təklif və ya şikayəti onlayn rejimdə müvafiq struktur bölmə tərəfindən icraya götürülür.



CAHANGİR





Baxış sayı: 1687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024