12px13px15px17px
Tarix:23/05/12

Noutbuk bazarının liderləri məlum oldu

“NPD DisplaySearch” şirkətində çalışan analitiklərin 2012-ci ilin birinci rübünün nəticəsinə görə tərtib etdikləri hesabata əsasən, Amerikanın “Apple” şirkəti mobil fərdi kompyuterlər bazarında liderdir.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər noutbuk və planşet bazarını da təhlil ediblər. Təhlilə əsasən, Kaliforniya nəhənginin bu bazardakı payı 22,5 faiz təşkil edib. “Apple” korporasiyası 2012-ci ilin yanvar-mart ayları ərzində 17.2 milyon “iPad” və “MacBook” qurğusu tədarük edərək keçənilki göstəricini 118 faiz ötüb.

Mobil fərdi kompyuter tədarüklərinin həcminə görə ikinci yerdə 11.6 faiz göstərici ilə “Hewlett-Packard” (HP) qərarlaşıb. Tayvanın “Acer” şirkəti (9 faiz) üçüncü olub. İlk beşlikdə, həmçinin “Lenovo” (5,5 faiz və 5,9 milyon sistem) və “Dell” (7,3% və 5,6 milyon) şirkətləri yerləşiblər.

Qeyd edim ki, “HP” şirkəti 16.2 faiz göstərici ilə noutbuk bazarında  liderliyini qoruyub saxlayıb. Sonrakı yerlər belədir: “Acer”, “Lenovo”, “Dell” və “ASUS”.

Planşet seqmentinə gəlincə, “Apple” korporasiyası (62,8%) liderliyini qoruyub saxlayır. “NPD DisplaySearch” tədqiqat şirkətinin hesablamasına görə, planşet seqmentində ikinci yerdə Cənubi Koreyanın “Samsung Electronics” şirkəti, üçüncü yerdə isə  “Amazon” internet-şirkəti qərarlaşıb.
 
EMİL




Baxış sayı: 1047

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024