12px13px15px17px
Tarix:23/05/12

Distant Təhsil Mərkəzinin açılışı olub

Mayın 23-də Bakının 20 saylı məktəb-liseyində Distant Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən qeyd edilib ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. Təhsil naziri Misir Mərdanovun iştirak etdiyi tədbir çərçivəsində  “http://www.mesafedenmekteb.edu.az/” internet portalının da təqdimatı keçirilib.

Mərkəzdən bildirilib ki, “Elektron Təlimləndirən Sistemlər” layihəsinin  əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompyuter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və internetə çıxış imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində 30 şagird və 7 müəllim heyəti “Apple” şirkətinin istehsalı olan “Macbook” noutbukları ilə təchiz olunmuş, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, yüksəksürətli internet bağlantısı ilə təmin edilib. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 saylı məktəb-liseyin seçilmiş sinif otaqları yüksəksürətli fiber-optik internet və intranet bağlantıları ilə təchiz olunub.

Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanıb.


HƏQİQƏT




Baxış sayı: 1570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024